Rüfət Dadaşov 14 dəqiqə oynadı
29.11.2012 - 16:04
Dekabrın 3-dən 5-dək millinin Bakıda təşkil olunan seleksiya xarakterli təlim-məşq toplanışına dəvət olunan Rüfət Dadaşovun komandası qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Rüfətin çıxış etdiyi “Kayzerslautern”in ikinci komandası evdə “Maynts 05”ə qalib gəlib.
“Frits-Valter-Ştadion”da baş tutan görüşdə hesabı “qırmızı şeytanlar”ın (“Kayzerslautern”in ləqəbi də belədir – red.) hücumçusu Saşa Volfert açıb. 76-cı dəqiqədə isə meydana Rüfət daxil olub. Azərbaycanlı futbolçu başqa forvard Yan-Lukas Dorovun yerinə meydana girib. Bundan 2 dəqiqə sonra isə makedoniyalı yarımmüdafiəçi Enis Saiti hesab arasındakı fərqi ikiyə çatdırıb – 2:0.
Beləliklə, çempionatda ardıcıl 3-cü qələbəsini qazanan “Kayzerslautern” 8-ci pilləyə yüksəlib. Dadaşovun komandasının aktivində 27 xal var. Rüfət sabah Vorms şəhərində “Vormatiya” ilə oyundan dərhal sonra toplanış üçün ölkəmizə gələcək.

0
0