“Azərbaycana konkret futbolçu dalınca getməmişik” – MÜSAHİBƏ
29.11.2012 - 16:07
Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Səlahəttin Dərvəntin apasport.az saytına müsahibəsi
- Komandanızın 2 nümayəndəsi Azərbaycanda bir sıra futbolçuları izləməyə gəlib. Onlar dünən keçirilən ölkə kubokunun matçlarına baxıb...
- Bildiyiniz kimi, I liqamızda komandalar türk cümhuriyyətlərindən futbolçuları heyətinə qata bilərlər və onlar legioner sayılmır. Bizdə belə bir oyunçu – Azərbaycandan futbolçumuz var. Bu, bəyəndiyim müdafiəçi Rail Məlikovdur. Yaxında transfer dövrü start götürəcək və bu vaxt bizə lazım olan futbolçu olub-olmadığı ilə maraqlanmağa başlamışıq. Bu məqsədlə nümayəndələrimiz Azərbaycandadır.
- Yəni siz “Turan”da işlədiyiniz dövrdən Azərbaycanı, futbolumuzu, oyunçularımızı yaxşı tanıdığınızdan, bu təşəbbüs sizdən gəldi?
- Təbii ki. Eyni zamanda Railin komandamızda yaxşı oyun göstərməyi böyük rol oldu. O çox xarakterli futbolçudur, mübariz oyun göstərir. Bu da Azərbaycandan futbolçuların gəlişinə zəmin yaradacaq. Məlikov burada Azərbaycanı çox gözəl təmsil edir. Klub rəhbərliyi də buna əsaslanaraq, yenidən azərbaycanlı futbolçu, Rail xarakterli, ondan da yüksək səviyyəli oyunçuları buraya gətirmək üçün çalışmalara başlayıb. Bizə lazım olan futbolçu olarsa, transferini gerçəkləşdirməyə çalışacağıq. Olmasa, axtarışlarımızı davam etdirəcəyik və digər transfer dövründə futbolçularınızdan faydalanmaq fikrindəyik.
- Futbolçularımızdan Rəşad Sadiqovla Elvin Məmmədovun adları hallanır. Konkret oyunçularla bağlı nə deyə bilərsiniz?
- Həmin futbolçular maraq dairəmizdədir. Ancaq başqa futbolçular da ola bilər. Şərtlərin münasib olmağı da önəmlidir. Məsələn, bir futbolçunun əsgərlik məsələsi var və bundan faydalanmaq imkanımız yoxdur. Onun əvəzinə başqa bir futbolçuya, digər mövqedə oyunçuma ehtiyacımız ola bilər. Bu üzdən başqa futbolçu axtarışına girişərik. İstədik ki, klubumuzun nümayəndələri Azərbaycana gedib, oradakı futbolçuları yaxından izləsin, səviyyələrini görsün. Yəni məqsəd ümumi baxışdır. Konkret hansısa bir futbolçunuzun transferi üçün gedilməyib.
- Maraqlandığınız futbolçuların klubları ilə müqavilələri var. Üstəlik, heç kimə sirr deyil ki, oyunçularımız Azərbaycanda maddi cəhətdən yaxşı qazandıqlarından, xaricə getməkdə elə də maraqlı deyillər. Bunları nəzərə alsaq, “Dənizlispor” transferi necə reallaşdıra bilər?
- Onları müqavilələri davam edə və müddət bitincə komandamıza keçidləri baş tuta bilər. Yenə deyirəm ki, Azərbaycana heç bir isim üçün gedilməyib. Bu üzdən müqavilələri olarsa, önümüzdəki il bizim üçün problem deyil.
- Ümumiyyətlə, “Dənizlispor”un maddi vəziyyəti necədir? Futbolçuları birbaşa transfer edə biləcək gücündəsiniz?
- Təbii ki, ala biləcək imkanlarımız var. Olmayacaq, başqaları ilə maraqlanacağıq, yaxud müqavilələrinin bitməyini gözləyəcəyik.
- Türkiyə mətbuatında Rəşad Sadıqovla Rəşad Sadiqov səhv salınıb. Onlar millimizin kapitanını istədiyinizi yazıb...
- Rəşadları yaxşı tanıyıram. Söhbət Sadiqovdan gedir. Futbolçuların sözləşməyi davam edərkən də izlənilə bilər. Onları indi buraya alınacaq bir məsələ müzakirə mövzusu deyil.
- Ölkəmizdə təkcə yerlilər yox, əcnəbilər də oynayır. AZAL-dan mərakeşli yarımmüdafiəçi Zohair Benouahi, “Turan”dan malili hücumçu Salif Ballonun maraq dairəsində olan futbolçular kimi adları hallanır. Onlar legionerlərə limit olan I liqada möhkəmlənə bilərlər?
- Bizim maraq dairəmizə legionerlər də düşə bilər. Bu baxımdan problem yoxdur. Sadəcə, ölkənizə legionerlər baxımından da konkret adların dalınca gedilməyib. Biz Azərbaycanda oynayan futbolçuları baxmaq fürsətini dəyərləndiririk.
- Sizə hansı mövqelərə futbolçular lazımdır?
- Bizə daha çox hücumçu və cinah oyunçusu lazımdır. Amma indiki vəziyyətdədir və başqa mövqelərə də futbolçular lazım ola bilər. İndidən bunu bilmərik, işin gedişində görəcəyik. Buna görə də Azərbaycana səfər ümumi anlamdadır. Maraq dairəmizə müdafiəçi, mərkəz yarımmüdafiəçisi düşə bilər.
- Yeri gəlmişkən, “Simurq”un kapitanı, millimizdə yeni debüt edən müdafiəçi Rasim Ramaldanovla da maraqlandığınız deyilir...
- Bu da, başqası da ola bilər. Bəyəndiyimiz futbolçu ilə bağlı incələnincə, qəti bir fikir yürütmək və anlaşmaq olar.
- Nümayəndələriniz həftəsonunu gözləyib, çempionatımızda turu izləyəcəklər, yoxsa?
- Sabah qayıdacaqlar. Bundan sonra raportlarını təqdim edəcəklər. Hansı futbolçular, hansı komandalarda oynamaqları ilə söhbətimiz olacaq. Vəziyyətə baxıb, qərarımızı verəcəyik.
Mehman SÜLEYMANOV

0
0