“Zenit”in futbolçusu Azərbaycanda oynamağa razılaşdı
29.11.2012 - 16:38
“Düşünürəm ki, hər halda “Zenit” Rusiya çempionatında oynamalıdır. Bu mənim şəxsi fikrimdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının və Rusiyanın “Zenit” klubunun futbolçusu Bruno Alveş deyib.
Müdafiəçi “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerin verdiyi ideyaya əsasən MDB ölkələrinin futbol klublarının vahid çempionatının təşkilinə münasibət bildirib: “Amma əgər MDB çempionatı göstərdiyimiz futbolun səviyyəsini artıracaqsa niyə də olmasın? Lakin oynadığımız Rusiya çempionatı da yetərincə güclüdür. Burada 6-7 güclü komanda var. Bu, Portuqaliya ilə mübarizədə xeyli çoxdur. Biz əgər futbolun, futbolçuların, şounun səviyyəsini yüksəltmək istəyiriksə bu ideya pis deyil”.
Qeyd edək ki, Rusiya və Ukrayna klublarının iştirakı ilə başlayacaq yarışda Azərbaycan təmsilçisinin oynaması da mümkündür. Bu isə Bruno Alveşin Azərbaycan stadionlarında oynamasına imkan verəcək.

0
0