Ermənilər də MDB çempionatına “hə” dedi
29.11.2012 - 16:54
Azərbaycan və Ermənistan futbol klublarının eyni yarışda iştirak edə bilər. Apasport.az saytının məlumatına görə, ermənilər də “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerin MDB ölkələrinin vahid çempionatının təşkil edilməsi ideyasına münasibət bildirib.
Belə ki, Ermənistan Futbol Federasiyasının rəsmi saytı qurumun rəsmi mövqeyini əks etdirən bəyanat yayıb. Burada MDB çempionatının dəstəkləndiyi bildirilir: “MDB-nin hər ölkəsinin öz çempionatı var ki, bu yarışların da liderləri formalaşıb. Buna baxmayaraq, həmin klubların vahid çempionatda oynaması ölkələrdə futbolun səviyyəsini daha da qaldırmağa kömək edəcək. Bu səbəbdən də yaxın gələcəkdə çempionatın keçirilməsi üçün danışıqlara hazırıq və hamını bunu dəstəkləməyə çağırırıq”.

0
0