Aqil Nəbiyev “Bakı”ya keçməyə çox yaxındır
29.11.2012 - 17:37
Aqil Nəbiyev “Bakı”ya keçməyə çox yaxındır
Azərbaycan milli komandasının futbolçusu Aqil Nəbiyevin karyerasını davam etdirəcəyi komanda dəqiqləşmək üzrədir. Apasport.az saytının məlumatına görə, 2006-cı ildən şərəfini qoruduğu AZAL-la yollarını ayıran 31 yaşlı müdafiəçi “Bakı”ya keçməyə çox yaxındır.

Belə ki, Aqilin paytaxtın digər təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı gözlənilir. Artıq tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb.

Qeyd edək ki, Nəbiyev uzun illər kapitanı olduğu “təyyarəçilər”dən cari mövsümdə ehtiyatda qaldığına görə ayrılıb. Futbolçu AZAL-la yayadək olan müqaviləsini qarşılıq razılıq əsasında pozub.