Rasim Ramaldanov “Dənizlispor”a getməkdə maraqlı deyil
29.11.2012 - 17:43
“Dənizlispor”un mənimlə maraqlanmasını ordan-burdan eşitmişəm. Amma açığı, kiminsə Türkiyədən gəlib AZAL ilə oyunumuzu izləyəcəklərini bilmirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un kapitanı Rasim Ramaldanov deyib.
Artıq millimizdə də debüt edən müdafiəçinin sözlərindən belə aydın olur ki, hazırkı komandası turnir cədvəlində lider olduğundan, o heç hara getməyə həvəs göstərmir: “Mənim “Simurq”la müqaviləm yaya kimidir. Özüm də bu komandada qalıb, onunla avrokuboklarda oynamaq istəyirəm. Bununla belə, “Dənizlispor” komandamla razılığa gələrsə, böyüklərimlə məsləhətləşərəm. Məsləhət bilinərsə, gedərəm. Əks halda, hələ “Simurq”da qalmaq istəyirəm”.
Qeyd edək ki, “Dənizlispor”da oynayan futbolçumuz Rail Məlikov sağ cinah müdafiəçisidir.

0
0