“Anji” MDB çempionatında oynamaqda maraqlıdır”
29.11.2012 - 17:51
 “Anji” MDB çempionatında oynamaqda maraqlıdır”
“MDB çempionatının keçirilməsi ideyası sağlam və maraqlı təşəbbüsdür. Bu, “Anji” həm idman, həm kommersiya cəhətdən bu çempionatda iştirak etməkdə maraqlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun idman direktoru Ayvaz Kaziaxmedov deyib.

Klub rəsmisi “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerin verdiyi ideyaya əsasən MDB ölkələrinin futbol klublarının vahid çempionatının təşkilinə münasibət bildirib: “Aydındır ki, belə turnir zamanı teleyayımdan daha yaxşı yararlanma olar. Başqa müsbət məqamlar da var. Lakin hələ heç nə bilinmir: yarışa hansı klublar buraxılacaq, avrokuboklara vəsiqələr necə bölüşdürüləcək, klublar zonalara bölünəcək, yarış qapalı olacaq? Özü də belə suallar çoxdur. Belə görürəm ki, ideyanı gerçəkləşdirmək üçün əməli işə başlanılsa buna 1 ildən çox vaxt lazım olacaq”.