“Kəpəz”in 14 futbolçusu məşqdə iştirak etmədi
29.11.2012 - 18:21
 “Kəpəz”in 14 futbolçusu məşqdə iştirak etmədi
“Qarabağ”la kubok oyunundan sonra “Kəpəz” bu gün məşqə çıxıb. Apasport.az saytının məlumatına görə, komanda hec də bütün heyətlə hazırlıq keçməyib.

Belə ki, baş məşqçi Mahmud Qurbanov Ağdam klubu ilə matçda oynamış futbolçulara dincəlmək imkanı yaradıb. İstirahətdən sabah qayıdacaq oyunçular “Kəpəz”ə qoşulub hazırlıq prosesinə qatılacaq.

Qeyd edək ki, “Qarabağ”ın 2:0 hesabı ilə qalib gəldiyi 120 dəqiqəlik qarşılaşmada Mahmud Qurbanov 14 futbolçunun xidmətindən yararlanıb.