“Qarabağ”a və millimizə qol vurdu, ilin futbolçusu seçildi
30.11.2012 - 09:57
“Qarabağ”a və millimizə qol vurdu, ilin futbolçusu seçildi
2012-ci ildə Asiyanın ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Asiya Futbol Konfederasiyası mükafatını Cənubi Koreya yığmasının yarımmüdafiəçisi Li Qın Hoya təqdim edib. O, rəqibləri – iranlı yarımmüdafiəçi Əli Kərimi ilə çinli müdafiəçi Cjen Çjini qabaqlayıb.

Asiyanın ən yaxşı legioneri ilə bağlı mükafatı isə “Mançester Yunayted”in yaponiyalı yarımmüdafiəçisi Sinji Kaqava qazanıb. O, “İnter”də oynayan həmyerlisi, müdafiəçi Yuto Naqatomo ilə “Fulhem”in avstraliyalı qapıçısı Mark Şvartseri qabaqlayıb.

Qeyd edək ki, Kaqava vaxtilə oynadığı “Borsussiya”nın heyətində Avroliqada “Qarabağ”a, yığmada millimizə qalib gəldikləri yoldaşlıq görüşündə qol vurub.