Bu qarşılaşma rəqiblər arasında 22-ci duel olacaq. İndiyədək komandalar 17 dəfə çempionat, 4 dəfə kubok çərçivəsində görüşüblər. Bu matçlarda 14 dəfə qalib gələn “Xəzər Lənkəran” XV turun oyununda 15-ci qələbəni qazanmağa çalışacaq. Cəmi 3 dəfə məğlub olan komanda 4 dəfə heç-heçə ilə kifayətlənib. 21 matçda 28 qol vuran futbolçularımız cəmi 10 dəfə qapısında qol görüb.
Çempionatdakı oyunlara gəlinсə, AZAL-ın 2005/06 mövsümündə həmin vaxt güclülər dəstəsi adlanan Premyer Liqada keçirdiyi ilk matç məhz “Xəzər Lənkəran”a qarşı olub. Həmin vaxt 2:0 hesabı ilə qalib gələn “ağ-yaşıllar” ümumilikdə 12 dəfə rəqibini məğlub edib, 3 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Premyer Liqadakı qarşılaşmalarda top fərqi 23:7-dir.
2007/08 və 2009/10 mövsümlərində isə AZAL-la Lənkəran təmsilçisinin yolları kubokda kəsişib. Hər 2 halda mərhələ keçən “Xəzər Lənkəran” ev matçlarında qələbə qazanıb. Səfərdə isə heç-heçə və məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə top fərqi onların xeyrinə - 5-3-dür.
Bakılılarla son oyunlar isə “Xəzər Lənkəran”ın istisnasız qələbələri ilə başa çatır. Ardıcıl 4 qələbə qazanan komanda bu qarşılaşmalarda qol da buraxmayıb. Bu 4 görüşün 2-də böyük hesaba sevinən klub 9 dəfə rəqib qapısına yol tapıb.
2005/06 | 12.08.2005 | çempionat | s | 2:0 |
2005/06 | 12.02.2006 | çempionat | e | 1:0 |
2006/07 | 17.09.2006 | çempionat | s | 2:1 |
2006/07 | 27.04.2007 | çempionat | e | 3:2 |
2007/08 | 25.11.2007 | çempionat | s | 0:0 |
2007/08 | 06.03.2008 | kubok | s | 0:1 |
2007/08 | 20.03.2008 | kubok | e | 2:0 |
2007/08 | 17.05.2008 | çempionat | e | 0:0 |
2008/09 | 20.09.2008 | çempionat | s | 1:0 |
2008/09 | 14.03.2009 | çempionat | e | 0:0 |
2009/10 | 21.10.2009 | çempionat | s | 0:1 |
2009/10 | 10.12.2009 | çempionat | e | 2:1 |
2009/10 | 27.04.2010 | kubok | s | 1:1 |
2009/10 | 05.05.2010 | kubok | e | 2:1 |
2010/11 | 29.08.2010 | çempionat | s | 1:0 |
2010/11 | 20.02.2011 | çempionat | e | 2:1 |
2010/11 | 13.03.2011 | çempionat | s | 0:1 |
2010/11 | 23.04.2011 | çempionat | e | 3:0 |
2011/12 | 14.08.2011 | çempionat | s | 3:0 |
2011/12 | 16.02.2012 | çempionat | e | 1:0 |
2012/13 | 03.10.2012 | çempionat | s | 2:0 |