“Neftçi” Bundesliqa səviyyəli çempionatda
30.11.2012 - 11:16
“Neftçi” Bundesliqa səviyyəli çempionatda
“MDB çempionatı sayəsində ilk növbədə oyunlara tamaşaçı marağı artacaq. İkincisi isə rəqiblərin ustalıq səviyyəsi də qalxacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Dinamo” klubunun prezidenti İqor Surkis deyib.

Kiyev təmsilçisinin prezidenti MDB çempionatının keçirilməsi ideyasına münasibət bildirib: “Amma hələlik bir çox suallar qaranlıq qalır. Məsələn başa düşməliyik ki, avrokuboklara vəsiqələr hansı yolla veriləcək. Hazırda Ukraynada Avropa səviyyəsində 4 klub var – “Dinamo”, “Şaxtyor”, “Metallist” və “Dnepr”. Rusiyada isə belə klublar daha çoxdur. Məncə MDB-nin vahid çempionatı səviyyəsinə görə Bundesliqa ilə müqayisə oluna bilər”.

Qeyd edək ki, Azərbaycanın ən titullu klubu “Neftçi” də bu turnirin səviyyəsinin yüksək olacağı halda çempionata qatılacaq.