MOİK-in prezidenti: Heç bir addım atmasaq...
30.11.2012 - 11:37
MOİK-in prezidenti: Heç bir addım atmasaq...
“İstənilən halda layihəni hazırlamaq, FİFA və UEFA-ya təqdim etməzdən əvvəl öz aramızda tam razılaşdırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın MOİK klubunun prezidenti Yevgeni Giner deyib.

O, MDB çempionatının keçirilməsi ideyasına münasibət bildirib: “Həm çempionatın sxemini, həm də digər məsələləri elə tərtib etməliyik ki, bütün tərəflər razı qalsın. Bunu da işləyib hazırlamaq lazımdır. Amma heç bir addım atmasaq yeni bir şeyə nail olmayacağıq”.