“Dənizlispor”un baş məşqçisi Məlikovla Hüseynovun taleyinə aydınlıq gətirdi
30.11.2012 - 12:06
“Rail Məlikovun bizdə maddi problemləri olmaz. O, burda çox yaxşı oyun göstərir və Superliqa klublarının diqqətini cəlb edə bilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Səlahəttin Dərvənt deyib. Onun sözlərinə görə, cari mövsümdən komandalarında çıxış edən millimizin sabiq müdafiəçisi Rail Məlikov Superliqa klublarını diqqətini cəlb edən futbolçudur: “Belə bir şey olarsa, Məlikovun inkişafı, buna inandığımız üçün keçidinə imkan yarada bilərik. Biz ondan çox razıyıq və daha irəli getməyində maraqlıyıq”.
Məlikov saytımıza müsahibəsində klubunun ona 1 milyon avro transfer qiyməti qoyduğunu açıqlayıb. Dərvənt bu məsələnin ona aidiyyatının olmadığını bildirib: “Buna rəhbərlik qərar verir, Türkiyədə belədir. Mən transfer qiyməti ilə bağlı bir şey bilmirəm. Bu, baş məşqçiyə aid olmayan məsələdir. Əsas pul deyil, şərtlərdə razılıqdır. Önəmli olan futbolçunun və rəhbərliyin qərarıdır. Biz Məlikovun problem yaratmaq istəmərik”.
Dərvənt hələ “Turan”da işlədiyi dövrdən yaxşı tanıdığı, cari mövsümdə Türkiyənin I liqasında “Adana Dəmirspoir”da oynayan Cavid Hüseynov haqda da soruşduq. Belə ki, yarımmüdafiəçi qış fasiləsində Adana təmsilçisindən getməyi düşünür: “Mən Cavidi yaxşı tanıyıram. Onunla hələ “Turan”da işlədiyi vaxtdan birgə çalışmışıq. Hüseynov yaxşı futbolçudur, Azərbaycan milli komandasının üzvüdür. Ona ehtiyacımız olursa, niyə də yox? Əsas şərtlərin münasib olmağıdır. Bu zaman gerçəkləşə bilər. Bilirəm ki, cinah yarımmüdafiəçidir. Ancaq o, daha çox sağda oynayır. Bizə sol cinah yarımmüdafiəçisi lazımdır”.
Mehman SÜLEYMANOV

0
0