“Qarabağ” “Neftçi” üçün başladı
30.11.2012 - 12:42
“Qarabağ” “Neftçi” üçün başladı
“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb. Apasport.az-;n klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqanın XV turu çərçivəsində “ağ-qara”ların qonağı olacaq komanda “Kəpəz”lə ölkə kubokunun qarşılaşmasından dönər-dönməz məşqlərə start verib.

Bir gün öncə Suraxanı qəsəbə stadionunda yeganə çalışma ilə kifayətlənən Ağdam təmsilçisi bu gün axşam artıq toplanışa yığışacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü dekabrın 2-də saat 18:00-da 8-ci km qəsəbəsində keçiriləcək.