Rəqibimiz “cırtdanlar”la oynayacaq
30.11.2012 - 12:50
Rəqibimiz “cırtdanlar”la oynayacaq
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə F qrupunda yer alan Şimali İrlandiya yığması yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın rəqibi gələn il fevralın 6-da Maltada adıçəkilən ölkənin yığması ilə oynayacaq.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin Şimali İrlandiya ilə noyabrın 14-də Belfast şəhərindəki matçı 1:1 hesabı ilə başa çatıb.

Mənbə: affa.az