“MDB çempionatının təşkili də qanunauyğun və məntiqi görünür”
30.11.2012 - 13:12
“MDB çempionatının təşkili də qanunauyğun və məntiqi görünür”
“İndi biz inteqrasiya və qloballaşma dövründə yaşayırıq. Bütün bunların fonunda MDB çempionatının təşkili də qanunauyğun və məntiqi görünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Kayrat” klubunun Müşahidə Şurasının sədri Kayrat Boranbayev deyib.

O, hazırda müzakirə olunan MDB çempionatı ideyasına münasibət bildirərək yarışın faydasından danışıb: “Biz düşünürük ki, belə vahid çempionat Qazaxıstan futbolunun inkişafına güclü təkan verəcək. Futbolçuların ustalıq səviyyəsi də, azarkeş marağı da artacaq. Təbii ki, sponsor sərmayələri də böyüyəcək. Qloballaşma gündən-günə daha çox sahəni əhatə edir və futbol da istisna deyil. Biz “Kayrat” klubu olaraq MDB çempionatının perspektivli qərar olduğunu düşünürük və bunun fayda verəcəyini indidən görürük”.