“UEFA MDB çempionatı kimi layihələri alqışlayır”
30.11.2012 - 13:42
“MDB çempionatı keçmiş SSRİ ölkələrinin mövcud olan birinciliklərindən daha tərəqqili turnir olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun İdarə Heyətinin üzvü German Tkaçenko deyib.
O, MDB çempionatının yaradılmağı ideyasını dəstəkləyərək, bunun Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ təmsilçilərinin futbollarının inkişafına faydalı olacağına düşünür: “Mənim fikrim belədir ki, turnir keçirilsə, ora Rusiya, Ukrayna, Belarus və qalan bütün respublikaların komandaları daxil olacaq. Ancaq hüquqi və təşkilati məsələlər var ki, bu nöqteyi-nəzərdən hər şey asan olmayacaq. Hərçənd UEFA indi belə layihələri alqışlayır. Balkan ölkələri Adriatik liqa yaradılmağı ideyasını gündəmə gətirir. Buna görə də bizdə də hər şeyin alınmağı yetərincə mümkündür”.
Tkaçenko bildirib ki, müttəfiq respublikalar bir vaxtlar yalnız futbol prinsiplərinə görə ayrılmayıb: “İndi hamı azadlıq qazanıb, öz çempionatları var. Mən düşünmürəm ki, bu, yalnız “Zenit”lə əlaqədar son hadisələrlə bağlıdır. Fikrimcə, belə fikirlər artıq çoxdandır futbol rəhbərlərinin beynindədir. Şəxsən bunda pis heç nə görmürəm”.

0
0