Azərbaycanla Ermənistan öz aralarında necə oynayacaq?
30.11.2012 - 14:42
“MDB çempionatı Rusiya Premyer Liqasını əvəz edə bilməz. Keçmiş SSRİ ölkələrinin turnirini isə çempionat saymaq olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaşeslav Koloskov deyib.
O, MDB çempionatının keçirilməsi ideyasına münasibətini açıqlayıb: “Yarışın hansı formatda keçəcəyi, hansı klubları iştirak edəcəyi də bilinmir. Hələlik bu yarış anlaşılmaz bir şeydir. Mənə aydın deyil ki, Azərbaycan və Ermənistan klubları öz aralarında necə oynayacaq. Axı vaxtilə heç UEFA-nın özü bu 2 ölkənin milli komandalarının qarşılaşmaları ilə bağlı məsələni həll edə bilməmişdi. Ümumiyyətlə bu ideyada heç bir fayda görmürəm”.
Koloskov ideyanın gerçəkləşəcəyinə inanmır: “Əvvəllər Şimal Liqası, Atlantik Liqası, Balkan Liqası kimi yarışların yaradılması ideyaları olub. Lakin UEFA-nın əsasnaməsində belə bir bənd var ki, avrokuboklara milli çempionatların qalibləri yollanır. Belə turnirə qatılanlar isə qitə miqyaslı turnirlərdən kənarda qalır”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları Avro-2008-in seçmə mərhələsində eyni qrupa düşmüşdü. Lakin UEFA-nın bütün səylərinə baxmayaraq tərəflər oyunların keçirilmə yeri ilə bağlı razılığa gəlmədiyindən matçlar ləğv olundu.

0
0