Berti Foqts 2 futbolçudan imtina etdi
30.11.2012 - 14:55
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, dekabrın 3-dən 5-dək Bakıda keçiriləcək toplanışa çağırılan oyunçulardan ikisi hazırlıqlarda iştirak etməyəcək. Baş məşqçi Berti Foqtsun qərarına əsasən Emil Balayev və Vurğun Hüseynov toplanışa qatılmayacaq. “Neftçi”nin digər futbolçusu Eşqin Quliyev isə hazırlıq prosesinə qatılacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0