Penalti də var, “qırmızı” da! - FOTOSESSİYA
30.11.2012 - 15:20
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş “Turan” – “Xəzər Lənkəran” matçındakı penalti epizodu ilə bağlı müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, Tovuzda meydan sahiblərinin 1:0 hesabı ilə irəlidə olduğu oyunun son saniyələrində - 90+3-cü dəqiqədə baş hakim Fariz Yusifov 11 metrlik cərimə zərbəsi təyin etdi.
Cənub təmsilçisinin hücumçusu Branimir Subaşiç zərbəni dəqiq yerinə yetirməklə, hesabı bərabərləşdirdi və qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə təyin olundu. Bu da nəticə vermədiyindən, oyun sonrası penaltilər vuruldu və “ağ-yaşıllar” 5:3 hesablı qələbə ilə 1/4 finala çıxdılar.
“Turan”ın qapısına təyin olunan penalti qərarının səhv olduğu deyilsə də, görüntülər başqa şeyi deyir. Sizlərə təqdim etdiyimiz şəkillərdə meydan sahiblərinin qapıçısı Andrey Popoviçin rəqib müdafiəçi Manuel Skarlatakeyə qarşı kobud oynadığı görünür.
Yeri gəlmişkən, “Turan”ın türkiyəli futbolçusu Ender Günlü də saytımıza verdiyi müsahibəsində penalti qərarının düzgün olduğunu demişdi. Belə ki, o, müdafiəçilərin həmin epizodda səhv etdiyini və top havada ikən Popoviçin rəqibi yıxdığını bildirmişdi.
Qapıçıya göstərilən qırmızı vərəqəyə gəlincə, bunda da hakimi haqlı saymaq olar. Çünki son ümid fonunun cəzası birbaşa qırmızı vərəqə olduğu hər yerdə qəbul olunub.

- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
- “Kayserispor” Baxçalıya məruzə etdi: "Liqanın nəticələri təsdiqlənməsin"
0
0