Kurban Berdıyev: İstefamla bağlı deyilənlər yalandır
30.11.2012 - 15:01
“Neftçi”nin Avroliqanın qrup mərhələsində rəqibi olan “Rubin”də baş məşqçi istefası ilə bağlı xəbərlər yayılıb. Apasport.az saytının məlumatına görə, komandanı uzun müddətdir çalışdıraraq ona böyük uğurlar qazandıran Kurban Berdıyev bunları təkzib edib.
O, postundan getməyə hazırlaşmağı ilə bağlı xəbərlərin doğru olmadığını bildirib: “Son vaxtlar klubda problemlərlə bağlı bütün xəbərlər həqiqətəuyğun deyil. Bu, eyni zamanda bu həftə komandaya məşq keçməməyimlə bağlı məlumatlara aiddir. Mətbuatın səyləri ona hesablanıb ki, klubun bu il Rusiya çempionatının son 2 turunda uğurlu çıxış etməsin”.
Qeyd edək ki, Berdıyevin vətəninə dönərək, Türkmənistan yığmasının baş məşqçisi postuna keçəcəyi deyilsə də, həmyerliləri bunun doğru olmadığını açıqlayıb.

0
0