Qvardiola “Mançester Siti” ilə anlaşdı
30.11.2012 - 16:28
“Qvardiola “Mançester Siti” ilə ilkin müqavilə bağlayıb”. Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiolanın meneceri Franko Kollardo deyib.
FİFA menecerinin sözlərinə görə, 41 yaşlı Qvardiola artıq tezliklə “Mançester Siti”nin “sükanı arxası”nda olacaq: “O, bu komandanın yeni baş məşqçisi olacaq. Bu üzdən artıq Qvardiolaya “Milan”ın və ya hər hansı bir başqa klubun təklif göndərməsi önəmli deyil”.
Kollardo “Barselona”nın və İspaniya yığmasının qapıçısı Viktor Valdesin də “Mançester Siti”yə gətirilməsi üçün lazım olan hər şeyin ediləcəyini bildirib.
Qeyd edək ki, son İngiltərə çempionu olan Mançester təmsilçisini hazırda Roberto Mançini çalışdırır. Ancaq komandasının Çempionlar Liqasının qrup mərhələsində növbəti mərhələyə çıxmaq şanslarını itirməsi italyan məşqçinin istefasını gündəmə gətirib.

- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
- “Kayserispor” Baxçalıya məruzə etdi: "Liqanın nəticələri təsdiqlənməsin"
0
0