“Sumqayıt”da 2 zədəli, 2 cəzalı
30.11.2012 - 16:37
“Sumqayıt”da 2 zədəli, 2 cəzalı
Topaz Premyer Liqasının XV turu çərçivəsində “Simurq”u qəbul edəcək “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, səhər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan komandanın heyətində zədəli futbolçular yer almaqdadır.

Belə ki, Uğur Pamuk və Murat Doymuş zədə səbəbindən Zaqatala klubu ilə keçiriləcək görüşdə meydana çıxmayacaq. Samir Abasov və Məhəmməd Mirzəbəyov isə cəza səbəbindən bu oyunu tribunalardan izləyəcək. Zədəsini sağaltmış Aftandil Hacıyev, Orxan Əliyev, Ceyhun Sultanov və Murad Ağayev isə komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, “Sumqayıt” – “Simurq” oyunu dekabrın 2-də saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.