UEFA Stamenkoviçi təhqir edən futbolçuya ağır cəza verdi
30.11.2012 - 17:25
UEFA-nın Nizam İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum Avropa Liqasının V turunun Bakıda keçirilən “Neftçi” – “Partizan” oyununda baş verən insidenti də araşdırıb. Serbiya təmsilçisinin hücumçusu Aleksandar Mitroviçin qırmızı vərəqə almasına hüquqi qiymət verən UEFA onun Tofiq Bəhramov adına Respublika stadionundakı hərəkətlərini 4 oyunluq cəzaya layiq bilib.
1:1 hesabı ilə başa çatan qarşılaşmada vurduğu qolla komandamızı qələbədən məhrum edən serbiyalı cari mövsüm komandası üçün sonuncu olacaq VI turun Rusiya “Rubin”i ilə oyununu buraxacaq. Mitroviçin cəzasının yerdə qalan hissəsi isə qarşıdakı mövsüm və ya mövsümlərdə ona şamil olunacaq.
Qeyd edək ki qırmızı vərəqə aldıqdan sonra “Neftçi”nin serb qapıçısı Saşa Stamenkoviçi təhqir edən Aleksandar Belqraddakı matçda da həmyerlisinə qarşı tərbiyəsizlik nümayiş etdirmişdi.

- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
- “Kayserispor” Baxçalıya məruzə etdi: "Liqanın nəticələri təsdiqlənməsin"
0
0