Vaqif Sadıqov: Problemimiz yaşıl meydandadır
30.11.2012 - 18:11
“Komandanın daxilində problem yoxdur. Problemimiz yaşıl meydandadır”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
AZAL-da klub rəhbərliyi, məşqçi və futbolçu heyəti arasında toplantı olub. Komandanın son 7 turda cəmi 5 xal toplaması, kubokda isə mübarizəni erkən dayandırması əsas müzakirə mövzusu olub.
Sadıqovun sözlərinə görə, AZAL-ın son uğursuz çıxışlarına görə məsuliyyəti öz üzərinə götürüb: “Mən qorxurdum ki, komandanın daxilində problem var. Ancaq belə deyilmiş. Bütün futbolçular həmin toplantıda öz fikirlərini bildirdi. Belə qənaətə gəldik ki, komandanın daxilində problem yoxdur. Bizim çatışmamazlığımız meydanda göstərilən oyunla bağlıdır. Təbii ki, bunun da məsuliyyəti mənlikdir. Problemlərimiz taktiki-texniki baxımdandır. Deyirlər ki, ilk 6 turda qazandığımız nəticələr təsadüfi imiş. Ancaq bir oyun təsadüf ola bilər. İnşallah, bu turdan nəticələrimizi yaxşılaşdırıb, yenidən üst pillələrə yüksələcəyik”.
Qeyd edək ki, AZAL dekabrın 2-də səfərdə “Xəzər Lənkəran”la oynayacaq. Bu matç saat 16:00-da olacaq.

- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
- “Kayserispor” Baxçalıya məruzə etdi: "Liqanın nəticələri təsdiqlənməsin"
0
0