“UEFA-nın məni necə cəzalandırmasının heç bir fərqi yoxdur”
30.11.2012 - 18:39
“UEFA-nın məni necə cəzalandırmasının heç bir fərqi yoxdur”
“Mən özümə və komanda yoldaşlarıma söz vermişəm ki, səhvimi düzəldəcəyəm. UEFA-nın məni necə cəzalandırmasının heç bir fərqi yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandar Mitroviç deyib.

Avropa Liqasının qrup mərhələsinin V turunun “Neftçi” ilə Bakıdakı oyununda (1:1) meydandan qovulan, bu vaxt təmsilçimizin qapıçısı Saşa Stamenkoviçi təhqir edən hücumçu UEFA tərəfindən ağır cəza alıb. 4 oyunluq cəzalandırılan Mitroviç qurumun qərarına münasibət bildirib: “Bu gənc yaşımda özümü idarə etməyim bir az çətindir. Lakin bir də razı olmaram ki, komandam mənə görə əziyyət çəksin. Bakıdakı oyunda mən səhv etdim. And içərəm ki, mən orda hakimlər söhbət edirdim. Yanımda olan “Neftçi”nin futbolçuları isə referiyə hərəkətimi başqa cür izah etdilər. O da məni meydandan qovdu. Zamanı geriyə qaytarmaq mümkün deyil. Amma mən söz verirərəm ki, səhvimi düzəldəcəyəm”.