Azərbaycanın reklam olunacağı Madrid derbisi “El Klassiko”nu kölgədə qoyub
01.12.2012 - 12:51
İspaniya çempionatının növbəti turunun mərkəzi oyunu olacağı “Real” – “Atletiko” derbisi rekordu ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında ən çox bu komandalar arasında oyunlar keçirilib. Bu, 275 dəfə olub. Maraqlıdır ki, nəinki İspaniyada, bütün dünyada əsas derbilərdən sayılan “Real” – “Barselona” Madrid duelinin qarşısınfa kölgədə qalır. Çünki “El Klasiiko” ondan az – 222 dəfə keçirilib.
“Real” həmşəhərliləri oyunda 160 dəfə qalib gəlib, 55 çatçı bərabərliklə bitib, 60 dəfə uduzub. Madrdi derbisində 748 qol vurulub. Bunlardan 431-ə “Real”, 317-ə “Atletiko” imza atıb.
Digər maraqlı fakt “Kral klubu”nun son 8 oyunun hamısında qələbə seriyasının olmağıdır. Bu, 50-ci və 90-cı illərdə də olub. Ancaq onda “Atletiko” 9-cu oyunda uğursuz seriyaya son qoya bilmişdi.
Qeyd edək ki, bu gecə keçiriləcək oyunda “Atletiko”nun futbolçuları üzərində “Land of Fire – Azerbaijan” yazısı olan formalarda meydana çıxacaq.

0
0