“Partizan” “Neftçi” ilə oyunda qovulan futbolçusu ilə bağlı UEFA-ya şikayət edəcək
01.12.2012 - 13:17
“Partizan” “Neftçi” ilə oyunda qovulan futbolçusu ilə bağlı UEFA-ya şikayət edəcək
“Partuzan” “Neftçi” ilə səfər oyununda futbolçusu Aleksandar Mitroviçlə bağlı qərardan narazı qalıb. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan, ardından komandamızın qapıçısı Saşa Stamenkoviçə qarşı tərbiyəsizlik edən hücumçu qurumun Nizam-İntizam Komitəsinin 4 oyunluq cəzasına məruz qalıb. Bu isə o deməkdir ki, Mitroviç qrup mərhələsinin son turunda “Rubin”lkə ev oyununu buraxmaqla, qalan 3 matçlıq növbəti mövsümdə çəkməli olacaq.

Belqradlılar UEFA-ya apelyasiya vermək fikrindədir. Belə ki, klubun baş direktoru Darko Qrubor cəzanı ağır sayır: “Biz UEFA-dan çıxardığı qərardan sonra məsələyə baxırıq. Araşdırıb, daha çox detalları biləcəyik. Hər şeyi diqqətə alıb, UEFA-ya şikayət edəcəyik”.