Joze Mourinyo: Məni fitə basmaq istəyənlərin nəzərinə
01.12.2012 - 14:23
Məşhur portuqaliyalı məşqçi Joze Mourinyo növbəti dəfə maraqlı açıqlamaları ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ını “Atletiko” ilə bugünkü oyun öncəsi azarkeşlərin ona dəstək olacağını ümid etdiyini bildirib.
Mourinyo ona nifrət edənlərə də mesaj göndərib: “Məni alqışlayırlar və fitə basırlar. Məni fitə basmaq istəyənlərə məlumat vermək istəyirəm ki, saat 21:20-da meydanda olacağam. Ümid edirəm ki, azarkeşlər asan olmayan matçda komandaya dəstək olacaqlar. Mənin gələcəyim bu matçda həll olunmur. “Atletiko”nun baş məşqçisi Dieqo Simone ilə əla münasibətlərim var. Mən onunla bir neçə il əvvəl – “İnter”lə işlədiyim zamanı tanış oldum. Biz əlaqə saxlayırıq”.
O, dünyanın ən yaxşı məşqçisinə veriləcək “Qızılk top” mükafatına son namizədlər arasında olmağına da münasibət bildirib: “Mənim hazırda istirahət edən Qvardiona, yaxud növbəti 3 oyunu 3 aydan sonra olacaq Del Boskedən fərqli bu haqda düşünməyə vaxtım yoxdur”.

0
0