Stramaççoninin “Neftçi” ilə oyuna qədər iddiası
01.12.2012 - 14:44
“İnter”in baş məşqçisi Andrea Stramaççoni Avroliqanın qrup mərhələsinin son turunda “Neftçi” ilə oyun öncəsi uğursuzluğa son qoymaq iddiasındadır. Apasport.az saytının məlumatına görə, Milan klubu XI turda səfərdə “Yuventus”u 3:1 hesabı ilə yenəndən sonra artıq 3 matçdır qalib gələ bilmir. Bunların 2-də uduzan “İnter”ı XV turda “Palermo” ilə sınaq gözləyir.
Stramaççoninin sözlərinə görə, növbəti həftəki matça qədər “qara zolaq”dan çıxmalıdırlar: “Hesab edirəm ki, yetirmələrim qalib gəlmək üçün öz güclərinə inanırlar. “Yuventus” və “Fiorentina” üzərində qələbələr bizə inam verdi ki, düzgün yoldayıq. Sabah bunu nümayiş etdirməyə çalışacağıq. Biz hücum etməli və bu zaman oyunda balans saxlamalıyıq. Son matçlardan fərqli bu dəfə komandamdan oyuna tam başqa münasibət gözləyirəm. Çox ümid edirəm ki, komandamız öz oyunu tapacaq. İnanmaq istərdim ki, son 3 matçda nəticələr yalnız təsadüfdür. “İnter” növbəti oyuna qədər qalib gəlməlidir”.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu dekabrın 6-da keçiriləcək.

0
0