“Neftçi” ilə oyunla başlayan seriya qırıldı
01.12.2012 - 15:20
“Neftçi”nin Avroliqanın qrup mərhələsinin rəqibi olan “Rubin”in məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, Kazan klubu 41 günlük fasilədən sonra meydanı məğlub tərk edib. Bu, az öncə başa çatan XVIII turun Moskva “Dinamo” ilə səfər oyununda böyük hesablı məğlubiyyətlə reallaşıb – 0:3.
Bununla da kazanlıların Avroliqanı da nəzərə alsaq, 8 oyunluq uğurlu seriyası qırılıb. Belə ki, komanda bu müddətdə çempionatda 5, qitə miqyaslı turnirdə 3 oyunda uduzmamışdı. Özü də “Rubin” “Neftçi”yə hər 2 oyunda 1:0, İtaliya “İnter”inə 3:0 hesabı ilə qalib gəlmişdi.
Maraqlıdır ki, “Rubin”in məğlubiyyətsiz seriyası məhz “Neftçi”yə Kazanda qalib gəldiyi oyunla başlamışdı. O, sonuncu məğlubiyyətini də Moskvada, XII turda oktyabrın 21-də MOİK-dən 0:2 hesabı ilə almışdı.
Qeyd edək ki, “Rubin” 17 oyundan sonra 31 xalla hazırda turnir cədvəlində 5-ci yerdədir.

0
0