Sneyder “Neftçi” ilə oyunda meydana çıxmağa hazırdır
01.12.2012 - 16:31
Sneyder “Neftçi” ilə oyunda meydana çıxmağa hazırdır
“İnter”in hollandiyalı futbolçusu Uesli Sneyder meydana çıxmağa hazırdır. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Andrea Stramaççoni uzun müddətdir oynamayan yarımmüdafiəçinin ilin son matçlarında xidmətindən yararlanmağı düşünür.

Sneyderlə bağlı vəziyyəti şərh edən çalışdırıcı onun A seriyasının növbəti turunda “Palermo” ilə sabah keçiriləcək matçda meydana buraxmağı düşünür: “Sneyder qalan futbolçularla bərabər məşq edib və “Palermo” ilə matçda iştirak etməyə yaxındır. Başa düşürəm ki, bu vəziyyətdən kənardan qarışıq görünə bilər. Ancaq mənim Uesli ilə əla münasibətlərim var. Bizim aramızda heç bir anlaşılmazlıq yoxdur. Mənim start heyəti ilə bağlı bəzi şübhələrim var. Çünki heç də bütün oyunçular ideal formada deyil. Mən bu məsələni axırıncı məşqdən sonra həll edəcəyəm”

Qeyd edək ki, Bakıya gətirilməyən Sneyderin yeni müqavilə imzalamayana qədər meydana çıxmayacağı deyilsə də, onun dekabrın 6-da “Neftçi” ilə Avroliqad matçında oynayacağı gözlənilir.