“Bakı” mövsümdə ilk məğlubiyyətini aldı
01.12.2012 - 17:03
“Bakı” mövsümdə ilk məğlubiyyətini aldı
Bu gün əvəzedici komandaların ölkə birinciliyində 15-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, lider “Bakı” cari mövsümdə ilk məğlubiyyətini alıb. “Qəbələ” “zolaqlılar”ın 14 oyunluq məğlubiyyətsiz seriyasını qırıb. “Bakı”nın ən yaxın izləyiicsi “Simurq” uduzduğundan, 3-cü yerdə “İnter” növbəti qələbəsi sayəsində onunla xal fərqini minimuma endirə bilib.


1 dekabr
"Neftçi" - "Qarabağ" – 2:3
Elşən Abdullayev, 3; Kənan Manafov, 83 - Emin Mustafayev, 33; Emin Əlizadə, 58; Elnur Abdullayev, 72

"İnter" - "Rəvan" – 2:0
Ramil Mansurov, 13; Mirsahib Abbasov, 22

"Qəbələ" - "Bakı" – 1:0
Rey Məmmədbəyli, 25

"Sumqayıt" - "Simurq" – 2:1
Arif Vəliyev, 46; Aydın Qasımov, 85 - Məhəmməd Alıyev, 55

"Xəzər Lənkəran" – AZAL – 5:0
Fikrət Ulduzlu, 16; 30; Akif Tağıyev, 21; Fərid Əsədov, 82; Kamran Abdullazadə, 90

"Turan" - "Kəpəz" – 0:3
Ravil Müslümov, 45; Kamran Babayev, 52 (p.); Coşqun Süleymanov, 84