Arda Turan: “Real”dan qorxmuruq
01.12.2012 - 18:26
Arda Turan: “Real”dan qorxmuruq
“Real”a çox böyük hörmətimiz var. Bu komanda dünyanın ən yaxşı oyunçularına sahibdir. Amma onlar da bizim kimi insanlardır və biz də matçı qazanmaq üçün son saniyəyə qədər mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Real”la Madrid derbisindən öncə “Atletiko”nun futbolçusu Arda Turan bildirib.

Türkiyə milli komandasının üzvü İspaniya mətbuatına açıqlamasında onu da qeyd edib ki, görüşün favoriti “Real”dır: “Biz hər zaman bir-birinə çox bağlı, yaxşı dostluq əlaqələri quran bir komandayıq. Lakin nə olursa-olsun, “Kral klubu” son çempion və “Barselona” ilə bərabər Primeronun ən yaxşı kollektividir. Elə buna görə də rəqib matçın favoritidir. Təbii ki, bu sözlərim onlardan qorxduğumuz mənasını verməsin. Hər zaman meydana çıxıb işimizi neçə görürdüksə, yenə də elə edəcəyik”.

Qeyd edək ki, Arda və komanda yoldaşları bugünkü oyuna üzərində “Odlar yurdu Azərbaycan” (“Land of fire Azerbaijan”) yazılan formada çıxacaq.