Aykut Kocaman xorvatiyalı futbolçunu heyətdən çıxardı
01.12.2012 - 20:10
Aykut Kocaman xorvatiyalı futbolçunu heyətdən çıxardı
Türkiyə Superliqasının 14-cü turunda “Fənərbaxça” sabah səfərdə “Kayserispor”a qarşı meydana çıxaracağı heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aykut Kocaman ötən gün ölkə kubokunda “Pendikspor”la oyunda güvəndiyi futbolçulardan xorvatiyalı Milos Krasiç, Mehmet Topuz, Orhan Şam, Sərdar Kesimal, Özgür Çek ve Salih Uçanı 19 nəfərlik heyətdən çıxarıb.

Bununla yanaşı, çalışdırıcı “Gənclərbirliyi” matçından sonra zədələnən Mussa Sou ilə cəzası başa çatan Caner Erkini, “Kayserispor” qarşılaşmasının heyətinə alıb.