Ərköyün futbolçu yenidən diqqət mərkəzində
01.12.2012 - 20:51
 Ərköyün futbolçu yenidən diqqət mərkəzində
Meydanda və yaşadığı həyatda etdikləri hər hansı bir hərəkətlə İngiltərə mətbuatının gündəmindən düşməyən Mario Balotelli, bu dəfə tatuajı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin 22 yaşlı futbolçusu sinəsinin sol tərəfində Monqol hökmdarı Çingiz Xanın “Mən Tanrının cəzasıyam. Əgər böyük günahlar işləməmiş olsaydınız, onda Tanrı sizi cəzalandırmaq üçün məni yollamazdır” sözlərini yazdırıb.

Qeyd edək ki, italiyalı forvard ötən il dostları ilə birgə evindəki hamamın pəncərəsindən fişəng atarkən pərdəni yandırıb. Hadisəni araşdıran ingilis polis isə yanğınla bağlı şübhəli bir şey olmadığını bildirib. Balotelli isə yanğının baş verməsində dostlarından birinin fişəngi düzgün yandırmamasını əsas gətirib.