Mourinyo yenidən İngiltərəyə qayıdır
01.12.2012 - 21:24
Mourinyo yenidən İngiltərəyə qayıdır
“Mançester Siti”nin Çempionlar Liqasında uğursuz çıxışından sonra baş məşqçi Roberto Mançininin komandandan ayrılacağı söylənilir. Apasport.az saytının məlumatına görə, “The Sun” qəzeti italiyalı mütəxəssisin yerinə Madrid “Real”nın çalışdırıcısı Joze Mourinyonun gətiriləcəyi xəbərini yazıb.

Komanda ilə Mançininin 2017-ci ilə qədər müqaviləsinin olmasına baxmayaraq, klubun sahibi Şeyx Mansur, Mourinyonu Mançesterə dəvət edib, italiyalı çalışdırıcı ilə yollarını ayırmağa yaxındır.

Xəbərdə Mourinyonun meneceri ilə “Mançester Siti”nin idman direktorunun Portuqaliyada bununla bağlı söhbət apardıqları da qeyd edilib.

Joze Mourinyonun “Kral klubu”nu tərk edəcək və ya etməyəcəyinə gəlincə isə onun meneceri bunları deyib: “Portuqaliyalı ilə “Real”ın hələ 4 illik müqaviləsi var. Lakin digər sərfəli təkliflər gələrsə, onda Mourinyo onları dəyərləndirəcək”.