“Partizan” “Rubin”lə oyun öncəsi büdrədi
01.12.2012 - 22:03
“Neftçi”nin Avroliqanın qrup mərhələsindəki rəqibi olan “Partizan” ölkə çempionatının 15-ci turunda xal itirib. Apasport.az saytının məlumatına görə, Serbiya çempionu turnir cədvəlini 8-ci pilləsində qərarlaşan “Subotika”nın qonağı olub.
İlk hissəni Markovicin vurduğu yeganə qolla minimal hesablı üstünlüklə yollanan Belqrad təmsilçisi, 57-ci dəqiqədə fərqi 2 topa çatdırıb. Lakin bundan sonra rəqibin təhlükəli hücumlarının qarşısını ala bilməyən “Partizan”, qapısından 2 top çıxarmaq məcburiyyətində qalıb – 2:2.
Qeyd edək ki, “Partizan” 15 oyundan sonra 37 xalla turnir cədvəlinə başçılıq edir.

0
0