Robert Levandovski Aleks Ferqyussonun hədəfinə düşdü
01.12.2012 - 23:01
Robert Levandovski Aleks Ferqyussonun hədəfinə düşdü
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyussonun komandasında əsas görmək istədiyi futbolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, şotlandiyalı mütəxəssis Dortmund “Borussiya”nın forvardı Robert Levandovskini tezliklə Mançester təmsilçisinə keçməsini planlaşdırır.

24 yaşlı oyunçunun da “qırmızı şeytanlar”la transferinin baş tutması inandırıcıdır. Belə ki, mövsümün sonunda müqaviləsi başa çatacaq polşalı hücumçunun “Borussiya”da qalıb qalmayacağı bəlli deyil. Onun üçün də alman klubu, Levandovskini pul qazanmadan əlindən çıxarmaq fikrində deyil. Ferqyusson isə polşalını transfer edərsə, Runi-Van Persi-Levandovski üçlüyünün, dünyanın ən yaxşı hücum xətti olacağını düşünür. Bununla yanaşı “Mançester Yunayted” rəhbərliyi Levandovski üçün dormundlulardan, 14 milyon avroluq bir təklifin gəlməsini gözləyir.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm Bundesliqada “Borussiya”nın heyətində 12 dəfə meydana çıxıb və rəqib qapılarından 9 top keçirib.