“Qara-qartal” səfərdə 3 xala sevindi
01.12.2012 - 23:37
“Qara-qartal” səfərdə 3 xala sevindi
Türkiyə Superliqasında XIV turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub. Doğma publika önündə "Elazığspor"u qəbul edən "Karabükspor" minimal hesablı məğlubiyyətə uğrayıb. Səfərdə "Aksihar BS"un qonağı olan "Bursaspor" evə 1 xalla qayıdıb. Günün maraqlı oyunu isə "Orduspor"la "Beşiktaş" arasında reallaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə “qara-qartal” 2:1 hesablı qələbəyə sevinib.

Bununla da xalını 25-ə çıxaran "Beşiktaş" turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, XIV tura dekabrın 3-də keçiriləcək "Gənclərbirliyi" - "Trabzonspor" oyunu ilə yekun vurulacaq.


Türkiyə Superliqası XIV tur

30 noyabr

"Qalatasaray" - "Qaziantepspor" - 1:1
Qollar: Burak Yılmaz, 79 - S.İbricic, 68

1 dekabr
"Karabükspor" - "Elazığspor" 0:1
M.Asan, 16

"Aksihar BS" - "Bursaspor" 2:2
A.D.Tcani, 16, B.Mezenqa, 58 – S.Sestak, 59, Vederson, 72

"Orduspor" - "Beşiktaş" 1:2
H.Kabze, 24 - İ.Toraman, 34, O.Özyakup, 54

2 dekabr

15.30. "İstanbul BB" - "Sivasspor"
18.00. "Antalyaspor" - "Mersin İdmanyurdu"
21.00. "Əskişəhərspor" - "Kasımpaşa"
21.00. "Kayserispor" - "Fənərbağça"

3 dekabr

22.00. "Gənclərbirliyi" - "Trabzonspor"