İspan klubu başsız qaldı
02.12.2012 - 03:56
İspan klubu başsız qaldı
İspaniya La Liqasının 14-cü turunda baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, “Valensiya” rəhbərliyi Maurisio Pelleqrino ilə yollarını ayırıb.

Belə ki, “yarasalar” ötən tur səfərdə “Malaqa”ya, dünən isə öz meydanında "Real Sosyedad"a 5:2 hesabı ilə məğlub olduqdan sonra klubun prezidenti Manuel Llorente onu komandadan uzaqlaşdırıb.

Qeyd edək ki, Maurisio Pelleqrino “Valensiya”nın sükanı arxasına mövsümün əvvəlində keçmişdir. İspan klubu ölkə çempionatında uğursuz çıxış etsə də, Çempionlar Liqsında növbəti mərhələyə adlamağı bacarıb.