Lui van Qaal kapitanı üçün narahatdır
02.12.2012 - 05:20
Hollandiya milli komandasının baş məşqçisi Lui van Qaal, Uesli Sneyderin yaşıl meydanlardan uzaqda qalmasına narahatdır. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı yerli mətbuata açıqlamasında Sneyderin Hollandiya yığması üçün çox önəmli bir oyunçu olduğunu və onun bir müddətdir futbol oynamaması, Uesliyə təsir edəcəyini bildirib: “Mən onunla 2 dəfə telefonla danışdım və Sneyderə mənəvi dəstək verdim. Həmçinin DÇ-2014-ün qrup mərhələsinin oyunlarına qədər ona fikrini cəmləşdirməyi tövsiyə etdim”.
Qeyd edək ki, “İnter”in yarımüdafiəçisi Hollandiya milli komandasının kapitanıdır. Sneyder yığmada 67 matçda forma geyinib və 19 dəfə rəqib qapçılarını məyus etməyi bacarıb.
Qeyd edək ki, “İnter”in yarımüdafiəçisi Hollandiya milli komandasının kapitanıdır. Sneyder yığmada 67 matçda forma geyinib və 19 dəfə rəqib qapçılarını məyus etməyi bacarıb.
0
0