Dieqo Simone: Yara aldıq
02.12.2012 - 06:03
Dieqo Simone: Yara aldıq
İspaniya La Liqasının 14-cü turunda səfərdə “Real”a uduzan “Atletiko”nun baş məşqçisi Dieqo Simone oyundan sonra keçirilən mətbuat konfransında yara adıqlarını bildirib. Apasport.az saytının məlumatına görə, argentinalı çalışdırıcı meydana 2 hücumçu ilə çıxdıqlarını və rəqibin qapısı ağzında istədiklərini əldə edə bilmədiklərini də vurğulayıb: “Hesab 1:0 olana qədər komandam meydanda çox yaxşı mübarizə aparırdı. Qapımızdan buraxdığımız qoldan sonra işlər çətinləşdi. Bu bizə psixoloji təsir etdi və hücum edə bilmədik”.

Qeyd edək ki, Madrid derbisində “Real” Ronaldo ilə Məsut Özilin vurduğu qollarla görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.