Herd Müllerin 72 qolluq rekorduna şərik çıxıldı
02.12.2012 - 06:36
Argentina milli komandasını futbolçusu Lionel Messi Herd Müllerin rekorduna şərik oldu. Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyunçu İspaniya La Liqasının 14-cü turunda “Atletik Bilbao”nun qapısından 2 top keçirərək almaniyalı veteran futbolçunun 72 qolluq rekorduna çatdı.
Bununla belə Lionel Messi Herd Müllerin rekordunu növbəti oyunlarda da qırmağa yaxındır. Belə ki, İspaniya çempionatının 15-ci turunda “Barselona” səfərdə “Betis”lə qarşılaşacaq. Bu matçda da Leo əgər rəqibin qapısından bir top keçirərsə onda yeni bir rekorda sahib olacaq.
Qeyd edək ki, “Barselona” - “Atletik Bilbao” matçı Katalon təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Messi isə hazırda İspaniya çempionatında 21 qolla bombardirlər siyahısına başçılıq edir.

0
0