Joze Mourinyo: Ronaldo əla oyun nümayiş etdirdi
02.12.2012 - 07:23
“Komandam çox yaxşı oynadı. Qarşılaşmada vurulan ikinci qol hamımızı sevindirdi. Ronaldo da əla bir oyun ortaya qoydu. Rəqibin qapısına vurduğu topla yanaşı Özilin fərqlənməsinə də şərait yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya çempionatının 14-cü turunda “Real” - “Atletiko” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo bildirib.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran portuqaliyalı mütəxəssis “ehtiyacımız olan 3 xalı qazandığımız üçün çox xoşbəxtəm” sözlərini vurğulayıb.
Qeyd edək ki, Madrid derbisində “Real” rəqibini 2:0 hesablı məğlubiyyətə uğradıb.

0
0