Londonda etiraz
02.12.2012 - 07:56
Londonda etiraz
İngiltərə Premyer Liqasının 15-ci turunda “Arsenal” - “Svensi” matçından öncə “topçular”ın azarkeşləri küçəyə toplaşaraq klub rəhbərliyinin əleyhinə şüarlar səsləndiriblər. Apasport.az saytının məlumatına görə, yerli azarkeşlər klubun sahibi İvan Qazidislə yanaşı baş məşqçi Arsen Vengerə də etirazlarını bildiriblər.

Onların məqsədi isə biletlərin qiymətinin yüksək olması və komandanın son turlarda uğursuz çıxışıdır.

Qeyd edək ki, “Arsenal” doğma publika önündə “Svensi”yə 0:2 hesabı ilə məğlub olub.