Messi “Barselona”nın tarixinə düşdü
02.12.2012 - 13:16
Messi “Barselona”nın tarixinə düşdü
Argentina milli komandasının futbolçusu Lionel Messi “Barselona”nın heyətində İspaniya çempionatlarında vurduğu qolların sayını 190-a çatdırıb. Apasport.az saytının məlumatına görə, bununla da cənubi amerikalı klub tarixinin ən məhsuldar oyunçusu Sezar Rodrigesin rekordunu təkrarlayıb. Belə ki, Sezar Kataloniya klubunun ölkə çempionatlarında ən çox qol vuran futbolçusudur.

Qeyd edək ki, Messi buna “Atletik”lə matçda (5:1) vurduğu 2 qol sayəsində nail olub.