Millimizin müdafiəçisi qələbəyə sevindi
02.12.2012 - 13:48
Almaniya Regionalliqasının Şimal zonasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover II” XVIII turun matçını öz meydanında keçirib. Milliləşən türkiyəlinin komandası “Qoslar” klubunu qəbul edib. Əlinin komandası bu matçda 3:2 hesabı ilə qalib gəlib. Futbolçumuz isə qarşılaşmanı 90 dəqiqə əvəzolunmadan keçirib.
0
0