Millimiz – 1-ci səviyyə!
02.12.2012 - 14:34
Millimiz – 1-ci səviyyə!
Dekabrın 4-də futzal üzrə Avropa çempionatının püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, 2014-cü il Belçikada təşkil olunacaq yarışın təsnifat və seçmə mərhələsindəki qrupları müəyyənləşəcək. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu dəfə çempionatda 45 komanda oynayacaq. Onlardan 4-ü – Danimarka, İsveç, Cəbəllütariq və Uels debütantlardır.

Finala gedən yolun 3 mərhələdən ibarət olduğu dəqiqləşib. Ən aşağı reytinqli millilər gələn il yanvarın 22-27-də ilkin mərhələdə münasibətlərini aydınlaşdıracaq. Burada 22 komanda 6 qrupda yarışacaq və yalnız qaliblər mərhələ adlayacaq.
1-ci səbət: A, B, C, D, E, F qrupları (bu səbət sayəsində hansı qrupda 4, hansında 3 komanda olacağı müəyyənləşəcək)
2-cı səbət (meydan sahibləri) : Litva (1-ci səviyyə), Fransa (1), Bolqarıstan (2), Malta (3)
3-cü səbət (4-cü səviyyə) : Danimarka, Cəbəllütariq, İsveç Uels
4-cü səbər (3-cü səviyyə) : İngiltərə, Ermənistan, İsveçrə, Estoniya, San-Marino
5-ci səbət (2-ci səviyyə) : Gürcüstan, Andorra, Çernoqoriya, Kipr, Norveç
6-cı səbət (1-ci səviyyə) : İsrail, Albaniya, Moldova, Yunanıstan
Bu mərhələnin qalibləri mübarizəyə əsas mərhələdən başlayan yığmalara qoşulacaq. Gələn il martın 26-31-də baş tutacaq bu mərhələdə komandalar hər birində 4 milli olmaqla, 7 qrupda mübarizə aparacaq. Azərbaycan milli komandası da mübarizəyə məhz bu mərhələdən qoşulacaq.
7-ci səbət (meydan sahibləri) : İspaniya (son çempion, 1-ci səviyyə), İtaliya (1), Serbiya (2), Slovakiya (2), Hollandiya (3), Türkiyə (3), Latviya (4)
8-ci səbət (4-cü səviyyə) : ilkin mərhələnin A, B, C, D, E və F qruplarının qalibləri
9-cu səbət (3-cü səviyyə) : Bosniya və Herseqovina, Qazaxıstan, Polşa, Makedoniya, Finlandiya
10-cu səbət (2-ci səviyyə) : Xorvatiya, Rumıniya, Sloveniya, Macarıstan, Belarus
11-ci səbət (1-ci səviyyə) : Rusiya, Portuqaliya, Ukrayna, Çexiya, Azərbaycan
Göründüyü kimi millimiz ən güclülərin yer aldığı 11-ci səbətdədir. 1-ci səviyyəyə aid olan Joze Alesio Silvanın yetirmələri bununla da seçmə mərhələdə İspaniya, Portuqaliya, Rusiya və digər nəhənglərlə duellərdən sığortalanıb.
7 qrupun qalibi birbaşa Belçikadakı final mərhələsinə vəsiqə əldə edəcək. Avro-2014-ün son 4 iştirakçısı isə pley-offda müəyyənləşəcək. 7 qrupda 2-ci yeri tutanlar və ən yaxşı qrup üçüncüsü 4 cütdə qarşılaşacaq. Bu qarşılaşmalar isə sentyabrın 17-si və 24-də baş tutacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən İspaniya və Cəbəllütariq eyni qrupa düşə bilməz.