“MDB çempionatının keçirilməsi möhtəşəm ideyadır”
02.12.2012 - 15:18
“MDB çempionatının keçirilməsi möhtəşəm ideyadır”
“Mənim fikrimcə MDB çempionatının çempionatı möhtəşəm ideyadır. Bu, faktiki olaraq keçmiş SSRİ çempionatının bərpasıdır. Həmin dövrü xatırlayın, necə də gözəl idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Alaniya” klubunun baş məşqçisi Valeri Qazzayev deyib.
Tanınmış mütəxəssis MDB ölkələrinin klubları üçün vahid çempionatın keçirilməsi ideyasına münasibət bildirib: “Avrokuboklara bu çempionatdan vəsiqə qazanan komandalar da ən güclü, səviyyəli komandalar olacaq. Əlbəttə ki, müzakirə olunacaq bir çox suallar var. Bunların həlli üçün vaxt lazımdır. Bununla işçi qrup məşğul olmalıdır. Lakin ideyanın özü möhtəşəmdir”.